20 oktyabr 2026 15:56
139

Ölkədə dəmir yolu və avtomobil nəqliyyatı sahəsinə dair yeni dövlət standartları qəbul edilib

 

Yeni dövlət standartlarının tətbiqi yol infrastrukturunun təkmilləşdirilməsinə, və müvafiq sahələrin beynəlxalq tələblərə uyğunlaşdırılmasına imkan yaradacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən dəmir yolu və avtomobil nəqliyyatı sahəsinə dair 61 yeni dövlət standartı qəbul edilib:

  • AZS ГОСТ 78:2026 (ГОСТ 78-2014) “Enli rels xəttli dəmir yolları üçün taxta şpallar. Ümumi texniki şərtlər”;
  • AZS ГОСТ 809:2026 (ГОСТ 809-2020) “Yol şpurları. Ümumi texniki şərtlər”;
  • AZS ГОСТ 5812:2026 (ГОСТ 5812-2014) “Dəmir yolları üçün pərçim çivləri. Ümumi texniki şərtlər”;
  • AZS ГОСТ 7392:2026 (ГОСТ 7392-2014) “Dəmir yolunun ballast təbəqəsi üçün sıx dağ süxurlarından çınqıl. Texniki şərtlər”;
  • AZS ГОСТ 8816:2026 (ГОСТ 8816-2014) “Yoldəyişənlər üçün taxta tirlər. Texniki şərtlər”;
  • AZS ГОСТ 11530:2026 (ГОСТ 11530-2014) “Dəmir yol rels birləşmələri üçün boltlar. Texniki şərtlər”;
  • AZS ГОСТ 11532:2026 (ГОСТ 11532-2014) “Dəmir yol rels birləşmələrinin boltları üçün qaykalar. Texniki şərtlər”;
  • AZS ГОСТ 16016:2026 (ГОСТ 16016-2014) “Dəmir yol rels bərkitmələri üçün sıxıcı boltlar. Texniki şərtlər”;
  • AZS ГОСТ 16017:2026 (ГОСТ 16017-2014) “Dəmir yolu rels bərkitmələri üçün qoyma boltlar. Texniki şərtlər”;
  • AZS ГОСТ 16018:2026 (ГОСТ 16018-2014) “Dəmir yolu rels bərkitmələrinin sıxıcı və qoyma boltları üçün qaykalar. Texniki şərtlər”;
  • AZS ГОСТ Р 51685:2026 (ГОСТ Р 51685-2022) “Dəmir yolu relsləri. Ümumi texniki şərtlər”;
  • AZS ГОСТ 52980:2026 (ГОСТ Р 52980-2008) “Sənaye avtomatlaşdırma sistemləri və onların inteqrasiyası. Dəmir yolu proqramlaşdırıla bilən elektron sistemləri üçün proqram təminatına dair tələblər”;
  • AZS ГОСТ Р 55497:2026 (ГОСТ Р 55497-2013) “Kontrelli dəmir yolu relsləri. Texniki şərtlər”;
  • AZS ГОСТ Р 55647:2026 (ГОСТ Р 55647-2018) “Elektrikləşdirilmiş dəmir yolları üçün misdən və onun ərintilərindən hazırlanmış kontakt naqilləri. Texniki şərtlər”;
  • AZS ГОСТ Р 56057:2026 (ГОСТ Р 56057-2014) “Dəmir yolu işıqfor siqnalizasiyası üçün LED (işıqsaçıcı) işıq-optik sistemlər. Ümumi texniki tələblər və sınaq üsulları”;
  • AZS ГОСТ Р 58615:2026 (ГОСТ Р 58615-2019) “Geniş kolyealı dəmir yolları üçün nəzərdə tutulan taxta şpallar. Texniki şərtlər”;
  • AZS ГОСТ Р 51188:2026 (ГОСТ Р 51188-98) “İnformasiyanın mühafizəsi. Proqram təminatının kompüter viruslarının mövcudluğuna görə sınaqdan keçirilməsi. Tipik təlimat”;
  • AZS ГОСТ Р 52726:2026 (ГОСТ Р 52726-2007) “1 kV-dan yuxarı gərginlikli dəyişən cərəyan ayırıcıları, torpaqlayıcılar və onların idarəetmə mexanizmləri üçün ümumi texniki şərtlər”;
  • AZS ГОСТ Р 55602:2026 (ГОСТ Р 55602-2013) “Dəmir yollarının dartı şəbəkəsi və dartı yarımstansiyalarının torpaqlama dövrəsi üçün kommutasiya aparatları. Ümumi texniki şərtlər”;
  • AZS ГОСТ Р 55820:2026 (ГОСТ Р 55820-2013) “Tiyəli dəmir yolu relsləri. Texniki şərtlər”;
  • AZS ГОСТ 2.601:2026 (ГОСТ 2.601-2013) “Konstruktor sənədlərinin vahid sistemi. İstismar sənədləri”;
  • AZS ГОСТ 20022.5:2026 (ГОСТ 20022.5-93) “Ağac materiallarının mühafizəsi. Yağ tərkibli qoruyucu vasitələrlə avtoklav hopdurulması”;
  • AZS ГОСТ 33895:2026 (ГОСТ 33895-2016) “Mənzillərdə dəmir yol xətlərinin avtomatika və telemexanika sistemləri. Təhlükəsizlik tələbləri və nəzarət metodları”;
  • AZS ГОСТ Р 50739:2026 (ГОСТ Р 50739-95) “Hesablama texnikası vasitələri. İnformasiyaya icazəsiz girişdən mühafizə. Ümumi texniki şərtlər”;
  • AZS ГОСТ 26804:2026 (ГОСТ 26804-2014) “Baryer tipli metal yol çəpərləri. Texniki tələblər və tətbiq qaydaları”;
  • AZS ГОСТ 32703:2026 (ГОСТ 32703-2014) “Ümumi istifadədə olan avtomobil yolları. Daş süxurlarından qırmadaş və çınqıl. Texniki tələblər”;
  • AZS ГОСТ 32730:2026 (ГОСТ 32730-2014) “Ümumi istifadədə olan avtomobil yolları. Üyüdülmüş (xırdalanmış) qum. Texniki tələblər”;
  • AZS ГОСТ 32731:2026 (ГОСТ 32731-2014) “Ümumi istifadədə olan avtomobil yolları. Tikinti nəzarətinin aparılmasına dair tələblər”;
  • AZS ГОСТ 32753:2026 (ГОСТ 32753-2014) “Ümumi istifadədə olan avtomobil yolları. Rəngli sürüşmə əleyhinə örtüklər. Texniki tələblər”;
  • AZS ГОСТ 32755:2026 (ГОСТ 32755-2014) “Ümumi istifadədə olan avtomobil yolları. Yerinə yetirilmiş işlərin istismara qəbulunun aparılmasına dair tələblər”;
  • AZS ГОСТ 32756:2026 (ГОСТ 32756-2014) “Ümumi istifadədə olan avtomobil yolları. Yerinə yetirilmiş işlərin aralıq qəbulunun aparılmasına dair tələblər”;
  • AZS ГОСТ 32757:2026 (ГОСТ 32757-2014) “Ümumi istifadədə olan avtomobil yolları. Yol hərəkətinin təşkili üçün müvəqqəti texniki vasitələri. Təsnifat”;
  • AZS ГОСТ 32758:2026 (ГОСТ 32758-2014) “Ümumi istifadədə olan avtomobil yolları. Yol hərəkətinin təşkili müvəqqəti texniki vasitələri. Təyinat və tətbiq qaydaları”;
  • AZS ГОСТ 32759:2026 (ГОСТ 32759-2014) “Ümumi istifadədə olan avtomobil yolları. Yol tumbaları. Texniki tələblər”;
  • AZS ГОСТ 32761:2026 (ГОСТ 32761-2014) “Ümumi istifadədə olan avtomobil yolları. Mineral toz. Texniki tələblər”;
  • AZS ГОСТ 32824:2026 (ГОСТ 32824-2014) “Ümumi istifadədə olan avtomobil yolları. Təbii qum. Texniki tələblər”;
  • AZS ГОСТ 32826:2026 (ГОСТ 32826-2014) “Ümumi istifadədə olan avtomobil yolları. Metallurgiya şlaklarından qırmadaş və qum. Texniki tələblər”;
  • AZS ГОСТ 32830:2026 (ГОСТ 32830-2014) “Ümumi istifadədə olan avtomobil yolları. Yol nişanlanması üçün materiallar. Texniki tələblər”;
  • AZS ГОСТ 32836:2026 (ГОСТ 32836-2014) “Ümumi istifadədə olan avtomobil yolları. Avtomobil yollarının axtarış işləri. Ümumi tələblər”;
  • AZS ГОСТ 32843:2026 (ГОСТ 32843-2014) “Ümumi istifadədə olan avtomobil yolları. Yol siqnal dirəkləri. Texniki tələblər”;
  • AZS ГОСТ 32846:2026 (ГОСТ 32846-2014) “Ümumi istifadədə olan avtomobil yolları. Yolun abadlıq elementləri. Təsnifat”;
  • AZS ГОСТ 32847:2026 (ГОСТ 32847-2014) “Ümumi istifadədə olan avtomobil yolları. Ekoloji axtarış işlərinin aparılmasına dair tələblər”;
  • AZS ГОСТ 32848:2026 (ГОСТ 32848-2014) “Ümumi istifadədə olan avtomobil yolları. Yol nişanlanması üçün məmulatlar. Texniki tələblər”;
  • AZS ГОСТ 32865:2026 (ГОСТ 32865-2014) “Ümumi istifadədə olan avtomobil yolları. Dəyişən informasiyalı yol nişanları. Texniki tələblər”;
  • AZS ГОСТ 32866:2026 (ГОСТ 32866-2014) “Ümumi istifadədə olan avtomobil yolları. Yol işıqaytıcıları. Texniki tələblər”;
  • AZS ГОСТ 32867:2026 (ГОСТ 32867-2014) “Ümumi istifadədə olan avtomobil yolları. Tikintinin təşkili. Ümumi tələblər”;
  • AZS ГОСТ 32868:2026 (ГОСТ 32868-2014) “Ümumi istifadədə olan avtomobil yolları. Mühəndis-geoloji axtarışların aparılmasına dair tələblər”;
  • AZS ГОСТ 32869:2026 (ГОСТ 32869-2014) “Ümumi istifadədə olan avtomobil yolları. Topoqrafik-geodeziya axtarışlarının aparılmasına dair tələblər”;
  • AZS ГОСТ 32870:2026 (ГОСТ 32870-2014) “Ümumi istifadədə olan avtomobil yolları. Bitum mastikaları. Texniki tələblər”;
  • AZS ISO 6346:2026 (ISO 6346:2022) “Yük konteynerləri — Kodlaşdırma, eyniləşdirmə və markalanma”;
  • AZS ISO 1496-5:2026 (ISO 1496-5:2018) “1-ci seriya yük konteynerləri — Texniki xüsusiyyətlər və sınaqlar — 5-ci hissə: Platforma və platforma bazalı konteynerlər”;
  • AZS IEC 61508-3:2026 (IEC 61508-3:2010) “Elektrik, elektron və proqramlaşdırıla bilən elektron təhlükəsizlik sistemlərinin funksional təhlükəsizliyi. 3-cü hissə: Proqram təminatı üzrə tələblər”;
  • AZS 1007:2026 (ГОСТ 31286-2005) “Avtomobil yolları və küçələr. Piyadaların hərəkət təhlükəsizliyi. Ümumi tələblər”;
  • AZS 1008:2026 (ГОСТ Р 53831-2021) “Avtomobil nəqliyyatı vasitələri. Taxoqraflar. Quraşdırılmasına dair texniki tələblər”;
  • AZS 1009:2026 (ГОСТ Р 59078-2020) “Elektromobillər və kombinə edilmiş elektrik qurğularına malik avtomobil nəqliyyat vasitələri. Təsnifat”;
  • AZS 1010:2026 (ГОСТ Р 59102-2020) “Elektromobillər və kombinə edilmiş enerji qurğularına malik avtomobil nəqliyyat vasitələri. Termin və anlayışlar”;
  • AZS 1011:2026 (ГОСТ Р 70472-2023) “Avtomobil nəqliyyatı vasitələri. Yüklərin təhlükəsiz daşınması. Yüklərin bərkidilməsi qüvvələrinin hesablanması”;
  • AZS 1012:2026 (ГОСТ Р 70474-2023) “Avtomobil nəqliyyatı vasitələri. Yüklərin təhlükəsiz daşınması. Bərkitmə kəmərləri. Texniki tələblər və sınaq metodları”;
  • AZS 1013:2026 (ГОСТ Р 70475-2022) “Avtomobil nəqliyyatı vasitələri. Yüklərin təhlükəsiz daşınması. Bərkitmə zəncirləri. Texniki tələblər və sınaq metodları”;
  • AZS 1014:2026 (ГОСТ Р 70476-2022) “Avtomobil nəqliyyatı vasitələri. Yüklərin təhlükəsiz daşınması. Bərkitmə burazları. Texniki tələblər və sınaq metodları”;
  • AZS 1015:2026 “Yaşayış binalarının həyətlərində quraşdırılan şlaqbaum sistemlərinə dair tələblər”.

Yeni dövlət standartlarının tətbiqində məqsəd dəmir yolu və avtomobil nəqliyyatı infrastrukturunun etibarlılığının artırılması, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, nəqliyyat vasitələrinin təsnifatı və terminologiyasının təkmilləşdirilməsi, yükdaşımalar zamanı yüklərin təhlükəsiz bərkidilməsinə dair tələblərin müəyyənləşdirilməsi, habelə texniki vasitələr, müvafiq sistemlər üzrə vahid tələblərin tətbiqi və beynəlxalq standartlara uyğunluğun təmin edilməsindən ibarətdir.

Sözügedən dövlət standartlarının layihələri AZSTAND tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bazasında təsis edilən “Nəqliyyat və nəqliyyat infrastrukturu” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 43) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.