23 iyun 2026 11:47
107

"Politico" Lavrovun məqaləsini dərc etməkdən niyə imtina edib?

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Politico" nəşrinin xarici işlər idarəsinin rəhbəri Sergey Lavrovun məqaləsini dərc etməkdən imtina etməsini senzura təzahürü adlandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

"Bu, rəzil bir senzura aktıdır... Avropa İttifaqının mərkəzində özünü Avropa dəyərlərinin — demokratiya, azadlıq və rifahın hamisi kimi qələmə verən, lakin reallıqda senzuranın və Oruellsayağı diktatura praktikalarının ifrat nümunəsini nümayiş etdirən bir informasiya nöqtəsi yerləşir", — deyə diplomat vurğulayıb.

Xatırladaq ki, bir qədər əvvəl Lavrov Avropanın "Politico Europe" nəşrində dərc olunması üçün məqalə yazmış, lakin son anda redaksiya mətni yayımlamamaq qərarına gəlmişdi.

Avropa Parlamentinin deputatı Fernan Kartayzer isə bəyan edib ki, "Politico Europe" nəşri Qərbdə formalaşmış Rusiyanın informasiya izolyasiyası praktikasını pozmaqdan və imtiyazlarından məhrum olmaqdan qorxduğu üçün məqaləni dərc etməkdən imtina edib.