Hazırda ölkənin bütün iqtisadi rayonlarında Dövlət Proqramının məqsəd və vəzifələrinin izah edilməsi, yerlərdə mövcud vəziyyətin qiymətləndirilməsi və sahibkarların təkliflərinin dinlənilməsi məqsədilə müşavirələr keçirilir. Bugünkü görüş də həmin prosesin tərkib hissəsidir. Dövlət Proqramının qəbul edilməsi təsadüfi deyil.
“İki sahil” xəbər verir ki, bunu Qax rayonunda keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirədə çıxışı zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Onun sözlərinə görə, dövlət Proqramının qəbul edilməsi təsadüfi deyil. Belə ki, son on il ərzində aqrar sahədə mühüm institusional və struktur islahatlar həyata keçirilib, dövlət dəstəyi mexanizmləri genişləndirilib, müasir infrastruktur yaradılıb, aqroparklar formalaşdırılıb, su təsərrüfatı və meliorasiya sahəsində iri layihələr icra edilib.
“Artıq kənd təsərrüfatının davamlı inkişafı üçün zəruri baza formalaşdırılıb. Azərbaycanın torpaq, su, iqlim və insan resursları daha yüksək məhsuldarlıq, daha yüksək gəlirlilik və daha güclü ixrac imkanları yaratmağa imkan verir. Buna görə də qarşıdakı dövrün əsas vəzifəsi yaradılmış imkanları daha böyük iqtisadi nəticələrə çevirməkdir”, - deyə Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri vurğulayıb.
Kənd təsərrüfatında dayanıqlı inkişafın təmini dövlət və özəl sektorun birgə fəaliyyəti olmadan mümkün deyil - Şahmar Mövsümov
İnvestisiya Portalı: Sahibkarları və investorları bir platformada birləşdirən dəstək aləti
ADSEA: Kənd təsərrüfatının dayanıqlı inkişafı üçün yeni su mənbələrinin yaradılması həyati əhəmiyyət kəsb edir