22 iyun 2026 23:50
112

Vens: Son 36 saat ərzində aparılan müzakirələr məhsuldar keçib

ABŞ və İran arasında texniki səviyyədə danışıqlar İsveçrədə davam edir.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens İran nümayəndə heyəti ilə keçirilən görüşlərdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ABŞ nümayəndə heyətinin əhəmiyyətli hissəsi danışıqları davam etdirmək məqsədilə İsveçrədə qalıb. İran tərəfi də işin davam etdirilməsi üçün nümayəndə heyətinin böyük hissəsini danışıqların keçirildiyi məkanda saxlayıb.

ABŞ-İran təmaslarının nəticələrini dəyərləndirən Vitse-prezident qeyd edib ki, son 36 saat ərzində aparılan müzakirələr məhsuldar keçib.

Qeyd edək ki, tərəflər arasında danışıqlar İranın nüvə proqramı və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsinin davam etdirilməsi məqsədi daşıyır.