İsrailin bu yaxınlarda imzalanmış ABŞ-İran anlaşma memorandumunu tənqid etməsi Vaşinqtona inamsızlığa əsaslanır və razılaşmanın məzmununa uyğun gəlmir.
“İki sahil” "The Times of Israel"ə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens "The New York Times" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, İsraildə Vaşinqton və Tehran arasında əldə olunmuş razılaşmalara həddindən artıq emosional reaksiya müşahidə olunur.
"Mən İsraildəki bu panikanı bir qədər qəribə hesab edirəm, çünki bu, inamsızlıqdan irəli gəlir. Düşünürəm ki, Amerika etimad qazanıb", - ABŞ-nin vitse-prezidenti deyib.
Vens bildirib ki, razılaşmanın İsrail üçün sərfəli olmaması ilə bağlı iddialar faktlarla təsdiqini tapmır. Onun fikrincə, İsrail siyasi elitasının və cəmiyyətinin bir hissəsi memorandumu etibarsız məlumatlara əsaslanaraq yanlış qiymətləndirir.
Parisdə 24 oktyabr aksiyası: həmkarlar ittifaqları prefekturanın yeni marşrut təklifini rədd edir
Fransada etiraz aksiyaları: LDH BMT-dən müşahidə missiyası, RSF isə jurnalistlərin müdafiəsini tələb edir
Polşa ABŞ hərbi bazasının tikintisinə 3,8 milyard dollar ayırmağı planlaşdırır
Kanadanın Baş naziri seçkilərə müdaxilə ilə bağlı ABŞ-nin ittihamlarını rədd edib