23 oktyabr 2026 23:35
70

Niderlandda güclü fırtınaya görə 40-dan çox aviareys ləğv edilib

Niderlandın KLM aviaşirkəti ölkəni bürüyən "Ostin" fırtınası səbəbindən oktyabrın 23-24-nə planlaşdırılan 40-dan çox reysi ləğv edib.

“İki sahil” "Reuters"ə istinadən xəbər verir ki, ləğvlər Amsterdamın Sxiphol Hava Limanından həyata keçirilən reyslərə təsir edib.

Agentliyin məlumatına görə, güclü leysan yağışları və fırtına səbəbindən oktyabrın 23-də aviaşirkətin 20 reysi ləğv olunub. Oktyabrın 24-də isə 22 reys həyata keçirilməyəcək.

Bununla yanaşı, həmin hava limanının mətbuat xidməti ANP-yə bildirib ki, əlverişsiz hava şəraitinin hava limanının işinə təsiri hələlik məhduddur.

Hava limanının saytında dərc edilmiş cədvələ əsasən, oktyabrın 23-də KLM Amsterdamdan Cenevrəyə, Londona və Bergenə reysləri ləğv edib. Həmçinin Varşava, Birminqhem və Liondan Niderlandın paytaxtına reyslər ləğv olunub.

Bundan əlavə, müxtəlif aviaşirkətlərin onlarla reysi iki saat və daha çox gecikir.