Oğuzda minik avtomobili ağaca çırpılıb.
“İki sahil” xəbər verir ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuzun Kərimli kəndi ərazisindən keçən hissəsində yolnəqliyyat hadisəsi baş verib. Oğuz şəhər sakini 35 yaşlı Fərhad Rzalının idarə etdiyi “HUNDAİ” markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər, 65 yaşlı Şamama Rzayeva, 33 yaşlı Bahar Rzalı və 6 yaşlı Tuncay Rzalı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma başlanılıb, qəzanın təfərrüatları araşdırılır.
BDYPİ həftəsonu yollarda hərəkət intensivliyinin artması və hava şəraiti ilə bağlı məlumat yayıb
YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr Qaradağ rayonunda müzakirə olunub