Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb.
“İki sahil” xəbər verir ki, Zaqatala rayonunda yerləşən evdən pul oğurlanması barədə polisə məlumat daxil olub.
Polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən R.Musayev müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun rayon ərazisində yerləşən bir neçə fərdi yaşayış evindən də oğurluq etdiyi müəyyənləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb. R.Musayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
BDYPİ həftəsonu yollarda hərəkət intensivliyinin artması və hava şəraiti ilə bağlı məlumat yayıb
YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr Qaradağ rayonunda müzakirə olunub