24 oktyabr 2026 10:15
112

Anadolu restoranlar şəbəkəsi texnik axtarır - 1200 manat maaş

Anadolu restoranlar şəbəkəsi Bakıda texnik (usta) vəzifəsi üzrə işçi axtarır. Namizədə aylıq minimum 1200 manat əməkhaqqı təklif olunur.

“İki sahil” xəbər verir ki, vəzifəyə qəbul olunacaq şəxs restoranda istifadə edilən texniki avadanlıqların, elektrik sistemlərinin, su və kanalizasiya xətlərinin, həmçinin havalandırma və kondisioner sistemlərinin saz vəziyyətdə saxlanılmasına cavabdeh olacaq.

Namizədlərdən orta ixtisas və ya ali təhsil, müvafiq sahədə iş təcrübəsi tələb olunur. Elanın tələblər hissəsində iş təcrübəsi 8–10 ilədək göstərilsə də, ümumi məlumat bölməsində 5 ildən çox təcrübə qeyd edilib. Şəxsi minik avtomobilinin olması mütləqdir. Avtomobilin təmiri və yanacaq xərcləri işəgötürən tərəfindən qarşılanacaq.

İş qrafiki altıgünlükdür, iş səhər növbəsində təşkil olunur. İş yeri Bakı şəhəri, Səbail rayonu, Puşkin küçəsi 5 ünvanında yerləşən Anadolu restoranıdır. Əmək münasibətləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun rəsmiləşdiriləcək.

Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində “Texnik” yazmaqla [email protected] elektron poçt ünvanına göndərə və ya (070) 498-09-28 nömrəsi ilə WhatsApp vasitəsilə əlaqə saxlaya bilərlər.

Müraciət üçün son tarix 22 noyabr 2026-cı il müəyyən edilib.