15 iyun 2026 01:28
85

Köçəryanın Ofisi: Ermənistanın keçmiş prezidentinə ölkəni tərk etmək qadağan olunub

Ermənistanın sabiq Prezidenti Robert Köçəryanın Ofisi onun ölkədən çıxışına qadağa qoyulduğunu təsdiqləyib.

“İki sahil”in "İnterfaks"a istinadən məlumatına görə, bu barədə keçmiş prezidentin Ofisinin rəhbəri Baqrat Mikoyan bildirib.

Onun sözlərinə görə, "Zvartnots" hava limanında Köçəryana heç bir izahat verilmədən onun Ermənistanı tərk etməsinə qadağa qoyulub.

Keçmiş prezidentin ofisi daha əvvəl onun üç günlük xaricə səfər etmək planlarını açıqlayıb. Səfər şəxsi xarakter daşıyırdı və əvvəlcədən planlaşdırılıb.