24 oktyabr 2026 11:11
106

Tramp: ABŞ İrandan sonra Kuba ilə bağlı addımlar atacaq

ABŞ Prezidenti Donald Tramp ölkəsinin İrandan sonra Kuba ilə bağlı addımlar atacağını bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə o, Floridada tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

Tramp ABŞ-nin hərbi potensialını yüksək qiymətləndirərək, İrandan sonra Kuba ilə bağlı məsələyə diqqət yetirəcəklərini deyib. O, hətta Kuba sahillərinə ABŞ gəmilərinin göndərilə biləcəyini istisna etməyib.

Amerika lideri, həmçinin ABŞ Dövlət katibi Marko Rubionun bu məsələnin həlli üçün Kubaya göndərilə biləcəyini qeyd edib.