24 oktyabr 2026 12:37
130

Ermənistanda iki müxalifətçi Antikorrupsiya Komitəsinə aparılıb

Ermənistanın "Yaşamaq üçün ölkə" və "Vətən" adlı iki müxalif partiyasının nümayəndələri oktyabrın 25-də yerli seçkilərin keçiriləcəyi Artik şəhərində saxlanılıblar.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Onlar "Yaşamaq üçün ölkə" partiyasından mer postuna namizəd Artur Astoyanın da olduğu Korrupsiyaya qarşı Mübarizə Komitəsinə aparılıblar. Siyasətçinin şahid qismində dəvət olunması istisna edilmir.

Digər təfərrüatlar açıqlanmır.

Daha əvvəl Stepanavanda müxalif "Güclü Ermənistan" partiyasının 24 nümayəndəsi və tərəfdarı saxlanılmışdı. Onlar seçkiqabağı rüşvət verməkdə və almaqda ittiham olunurlar.