Türkiyədə, bundan sonra “Ankara Hava Limanı” kimi adlandırılacaq və mülki uçuşlara da xidmət göstərəcək “Etimesgut” hərbi hava limanında əsaslı modernləşdirmə işləri başa çatdırılıb.
“İki sahil” xəbər verir ki, ANK kodu ilə hava limanının rəsmi açılışı iyunun 15-də Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutacağı planlaşdırılıb.
“Ankara Hava Limanı” həm daxili, həm də beynəlxalq uçuşları həyata keçirəcək ki, bu da beynəlxalq tədbirlər və protokol proqramları zamanı yarana biləcək yükün “Esenboğa” Hava Limanına paylanmasına kömək edəcək.
Yeni hava limanının iyul ayında Ankarada keçiriləcək NATO sammiti zamanı da istifadə edilməsi planlaşdırılır.
Türkiyə hakimiyyət orqanlarının məlumatına görə, “Etimesgut” Hava Limanının modernləşdirilməsi layihəsi səkkiz aya başa çatıb, bütün sistemlər və uçuş-enmə zolağı isə beynəlxalq standartlara uyğunlaşdırılıb.
Fransada sosial narazılıq dərinləşir: Gənclər, “sarı jiletlilər” və həmkarlar ittifaqları hökumətdən nə tələb edirlər?
İordaniyada kilsədə baş verən terror aktı nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb
Parisdə həftəsonu nümayişləri: Paytaxtda təhlükəsizlik tədbirləri gücləndirilir