Rusiyanın Omsk şəhərində tələbənin qəsdən öldürülməsində şübhəli bilinən altı nəfərdən ikisi pasportda cinsiyyətini qadın olaraq dəyişdirib və hormon preparatları qəbul edib.
“İki sahil” xəbər verir ki, bu barədə TASS Omsk vilayətinin istintaq orqanlarına istinadən məlumat yayıb.
“Qətldə şübhəli bilinən üç qadından yalnız biri normaldır, digərləri pasportda cinsiyyətlərini dəyişdirib və hormon preparatları qəbul ediblər”,-deyə agentliyə bildirilib.
Agentliyin həmsöhbəti bildirib: İstintaqın versiyasına görə, 20-25 yaşlarında olan üç kişi və üç qadın Omsk şəhərindəki ali təhsil müəssisələrindən birinin 20 yaşlı tələbəsi olan tanışlarını öldürmək qərarına gəliblər.
Bu il iyunun 20-də onlar qiymətli əşyanı təhvil vermək bəhanəsi ilə gənci tərk edilmiş tikiliyə çağırıblar. Orada tikinti lenti ilə onun əl və ayaqlarını bağlayıblar. Daha sonra onu insanların olmadığı əraziyə apararaq boyun və döş qəfəsi nahiyələrinə bir neçə bıçaq zərbəsi endiriblər. Tələbə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Yvelindəki ölümcül hücumdan sonra Fransada irqçiliyə qarşı mitinqə çağırış edilib
Fransada sosial narazılıq dərinləşir: Gənclər, “sarı jiletlilər” və həmkarlar ittifaqları hökumətdən nə tələb edirlər?
İordaniyada kilsədə baş verən terror aktı nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb
Parisdə həftəsonu nümayişləri: Paytaxtda təhlükəsizlik tədbirləri gücləndirilir