13 iyun 2026 16:50
69

İranda Əli Xamenei ilə vida və dəfn mərasimlərinin tarixləri elan edilib

İranın keçmiş ali lideri Əli Xamenei ilə vida və dəfn mərasimləri iyulun 4-dən 9-dək keçiriləcək.

“İki sahil” "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə onun ofisindən bildirilib.

Məlumata əsasən, iyulun 4-ü və 5-də Tehranda imam Xomeyni məscidində Xamenei ilə vida mərasimi keçiriləcək. İyulun 6-da Tehrandan qaldırılacaq cənazə iyulun 7-də Quma gətiriləcək. Xamenei iyulun 9-da Məşhəddə dəfn olunacaq.

Xatırladaq ki, Xamenei fevralın 28-də ABŞ və İsrailin Tehrana endirdiyi zərbələr nəticəsində həlak olub.