24 oktyabr 2026 20:52
122

İordaniya kralı terror təhdidlərinə qarşı sistemli plan hazırlanmasına çağırıb

İordaniya hökuməti terror təhdidlərinə qarşı mübarizə mexanizmlərini hərtərəfli şəkildə yenidən nəzərdən keçirməlidir.

“İki sahil” xəbər verir ki, bunu Kral II Abdullah Əmmanda, Əl-Kərək şəhərində pravoslav kilsəsində törədilmiş terror aktına həsr olunmuş Milli Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

“Ekstremist ideologiyaya qarşı mübarizə üsullarına yenidən baxmaq və onun kökünün kəsilməsi istiqamətində səyləri gücləndirmək lazımdır”, – deyə monarx bildirib. Onun sözlərinə görə, müvafiq qurumlar dini təsisatlarla koordinasiyalı şəkildə “sistemli plan” hazırlamalıdırlar.

II Abdullah həmçinin krallığın güc strukturlarını terror aktlarının qarşısını almaq üçün qabaqlayıcı tədbirlərə hazırlıq səviyyəsini artırmağa çağırıb. Bununla yanaşı, o, qanunun aliliyi prinsipinə riayət olunmasının vacibliyini vurğulayıb.

“İordaniya vətəndaşlarının təhlükəsizliyi və rifahı bizim üçün qırmızı xətdir. Ədalət hər bir terrorçunu yaxalayacaq. Onların cinayət əməlləri iordaniyalıları qorxutmayacaq və milli birliyimizi sarsıtmayacaq”, – deyə kral vurğulayıb.