24 oktyabr 2026 21:12
155

“Çampi” tayfunu Çinin şərq sahillərinə güclü külək və yağıntı gətirib

“Çampi” tayfununun yaxınlaşması Çinin şərqindəki sahil bölgələrində yerli hakimiyyət orqanlarını əhalinin təxliyəsi və bərə xidmətinin dayandırılması da daxil olmaqla bir sıra ehtiyat tədbirləri görməyə vadar edib.

“İki sahil” xəbər verir ki, tayfunun gətirdiyi güclü külək və yağıntıdan təsirlənən Şanxayda 62 min 400 nəfər təxliyə edilib.

Cejian əyalətinin Zhoushan və Yuhuan şəhərlərində sahil zonasında dalğalardan qorunmaq üçün çimərliklər bağlanıb, turistlər ərazidən uzaqlaşdırılıb, dənizdəki iş fəaliyyəti dayandırılıb. Yerli hakimiyyət orqanları bildirib ki, bəzi ərazilərdə dalğaların hündürlüyü 9 metrə çatıb.

“Çampi” tayfunu zəifləsə də, ehtiyat tədbirləri davam etdirilir. Zhoushan şəhərinin sahil yaşayış məntəqələrindən 11 min 500 nəfər təxliyə olunub.

Meteorologiya xidməti qarşıdakı günlərdə yağış və güclü küləyin davam edəcəyini proqnozlaşdırıb. Əyalətin Ninbo şəhərində sahil küləkləri soyuq hava kütləsi və tayfun səbəbindən tədricən güclənib ki, bu da sərnişin marşrutlarının ardıcıl olaraq dayandırılmasına gətirib çıxarıb. Oxşar tədbirlər Fucien əyalətində də həyata keçirilib. Bundan başqa, Hancou-Şenjen, Cinhua-Venjou və Hancou-Tayjou sürətli dəmir yollarının müəyyən hissələrində müvəqqəti sürət məhdudiyyəti tətbiq olunub.