02 iyun 2026 21:51
101

Saziş bağlamağın vaxtıdır - Tramp

İran İslam Respublikası və ABŞ-nin bir neçə gün əvvəl danışıqları dayandırdığı barədə xəbərlər yalan və səhvdir.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb.

“Aramızdakı danışıqlar bu gün də daxil olmaqla davamlı olaraq davam edir. Danışıqların hara aparacağını heç kim bilmir, amma İran tərəfində də dediyim kimi, bu və ya digər şəkildə saziş bağlamağın vaxtıdır”, - deyə o bildirib.