Daxili İşlər Nazirliyində vəzifəyə yeni təyin olunmuş hakimlərlə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə hüquq-mühafizə və məhkəmə institutları arasında formalaşmış səmərəli əməkdaşlıq, qanunun aliliyinin təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi müzakirə olunub.
Qeyd olunub ki, bu təmaslar praktiki məsələlərlə bağlı hakimlərin məlumatlılığının artmasına, hüquq sisteminin daha da təkmilləşdirilməsinə töhfə verir.
Daxili İşlər Nazirliyinin fəaliyyət istiqamətləri, asayişin və təhlükəsizliyin mühafizəsi, cinayətkarlıqla mübarizədə görülən işlər diqqətə çatdırılıb.
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib
Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub