2026-cı il noyabrın 3-də Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatında cari ildə yubileyi olan bir qrup YAP veteranı ilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov yubilyarları təbrik edərək onlara möhkəm cansağlığı, uzun ömür, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Partiya veteranlarının Ümummilli Lider Heydər Əliyev ideyalarının və zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, Prezident İlham Əliyevin siyasətinin təbliği istiqamətində səmərəli fəaliyyəti ilə fərqləndiklərini vurğulayan rayon təşkilatının sədri gənc nəslin onların təcrübə və biliklərindən faydalanmasının zəruriliyini qeyd edib. Bildirib ki, partiyanın qızıl fondunun tərkibinə daxil olan Qaradağ rayon veteranları həmişə xalqımızın və dövlətimizin yanında olaraq ölkədə baş verən siyasi proseslərdə fəal iştirak edirlər.
Cari ildə 70 illik yubileyini qeyd edən Həsənağa Hacıyevin, 65 yaşları tamam olan Elmira Əliyeva, Tailə Məmmədova, Vüqar Ağayev və 50 yaşını qeyd edən Fərid Xanmuradovun uzun müddətli səmərəli fəaliyyətləri qeyd edilib, onlara xatirə hədiyyələri təqdim olunub.
Partiya veteranlarıı göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək, Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmalarından böyük qürur hissi keçirdiklərini vurğulayıblar. Göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib
Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
ADY yükdaşıma infrastrukturunun modernləşdirilməsi və rəqəmsal transformasiya planlarını açıqlayıb