Qaradağ rayonunda “Bir oyuncaq, bir təbəssüm” layihəsi həyata keçirilib
1 iyun 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının təşəbbüsü ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Bir oyuncaq, bir təbəssüm” layihəsi həyata keçirilib.
“İki sahil” xəbər verir ki, layihə çərçivəsində YAP Qaradağ rayon təşkilatının əməkdaşları və fəalları rayonun yaşayış məntəqələrini ziyarət edərək şəhid ailələrinin övladlarına, qazi uşaqlarına və xüsusi qayğıya ehtiyacı olan balacalara müxtəlif oyuncaqlar və hədiyyələr təqdim ediblər.
Layihənin məqsədi uşaqlara bayram sevinci yaşatmaq, onlara diqqət və qayğı göstərmək, cəmiyyətimizdə humanizm və xeyirxahlıq dəyərlərinin təbliğinə töhfə verməkdir. Balacaların üzündə yaranan təbəssüm və sevinc dolu anlar layihənin ən yaddaqalan məqamları olub.
Qeyd edək ki, layihənin həyata keçirilməsi rayon ərazisində iki gün davam edəcək.
FHN tərəfindən şəhid övladları üçün 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “açıq qapı günü” tədbirləri keçirilib
Olimpiya çempionu: Keyfiyyəti təsdiqlənməmiş və sertifikatsız idman qidaları sağlamlıq üçün ciddi təhlükədir - VİDEO
Abşeronda Uşaqların Beynəlxalq Müdafiəsi Günü şəhid övladları ilə birgə qeyd edildi