01 iyun 2026 14:37
151

Vuçiç yenidən namizəd olacaqmı?

Serbiyanın hazırkı lideri Aleksandar Vuçiç yenidən seçkilərə qatılmayacaq.

“İki sahil” xəbər verir ki, bu barədə dövlətə məxsus "Srbijagas" qaz şirkətinin müşahidə şurasının sədri və Serbiyanın keçmiş baş naziri Aleksandar Vulin TASS-a verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Vuçiç Konstitusiyaya uyğun olaraq iki prezidentlik müddətini artıq tamamlayıb və qanunu pozmadan yeni müddətə namizəd ola bilməz.

“Vuçiç konstitusion liderdir və bizim Konstitusiyaya görə prezident yalnız iki müddət vəzifədə ola bilər. O, heç vaxt Konstitusiyanı pozmur və belə bir şey etməz. Ona görə də yox”, – deyə Vulin bildirib.

Bununla belə, o qeyd edib ki, Vuçiç siyasi həyatdan tamamilə uzaqlaşmayacaq və ölkənin siyasətində rolunu davam etdirəcək.