01 iyun 2026 01:19
87

“Tasnim”: Tramp müqavilənin mətnində dəyişiklik etsə, İran da öz əlavələrini edəcək

Prezident Donald Tramp razılaşmanın mətninə dəyişiklik etməyə çalışarsa, İran da ABŞ ilə bağlanacaq müqavilənin mətninə öz düzəlişlərini edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi mənbəyə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, Trampın müqavilə mətninə etdiyi düzəlişlər Tehranın onları avtomatik qəbul edəcəyi anlamına gəlmir. İran tərəfi belə dəyişikliklərə mütləq reaksiya verəcək. Mənbə əlavə edib ki, İslam Respublikası müqavilənin imzalanmaması ehtimalına da tam hazırdır.

Bazar günü “The New York Times” qəzeti ABŞ Prezidenti Donald Trampın İranla mümkün razılaşma üzrə daha sərt şərtlər irəli sürdüyünü yazıb. Qəzetin məlumatına görə, yenilənmiş şərtlər İran tərəfinə göndərilib.