Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, nə ABŞ Konqresi, nə də Ağ Ev onun Kiyevə hava hücumundan müdafiə (HHM) sistemləri üçün sursat tədarükünün artırılması xahişi ilə bağlı məktubuna cavab verib.
“İki sahil” xəbər verir ki, Ukrayna lideri bunu "CBS" telekanalına müsahibəsində bəyan edib.
Daha əvvəl Zelenski ABŞ Prezidenti Donald Trampa və Amerika Konqresinə məktub yazaraq Ukrayna Silahlı Qüvvələrində artan sursat çatışmazlığı səbəbindən HHM komplekslərinin və onlar üçün raketlərin tədarükünün artırılmasını xahiş etmişdi.
"Mən Ağ Evə və ABŞ Konqresinə məktub göndərdim və ümid edirəm ki, onlar başa düşəcək və cavab verəcəklər", - Ukrayna Prezidenti deyib.