Şimali Koreya Vaşinqtonla dialoqa ehtiyac görmür.
“İki sahil” xəbər verir ki, bu barədə Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Conqun bəyanatında bildirilib. Bəyanat Koreya Mərkəzi Xəbər Agentliyi tərəfindən yayımlanıb.
Kim Yo Conqun sözlərinə görə, ABŞ dialoq və münasibətlərin yaxşılaşdırılmasından danışsa da, eyni zamanda hərbi təlimləri və müttəfiqlik əlaqələrini gücləndirir.
O vurğulayıb ki, Vaşinqtonun qarşıdurma siyasətindən imtina etməsi iki ölkə arasında mövcud problemlərin həlli üçün əsas şərtdir.
Şimali Koreya rəsmisi, həmçinin bildirib ki, dialoq sülhün təmin edilməsi vasitəsi olsa da, bu, ölkəsinin milli maraqları ilə uzlaşmalıdır.