04 noyabr 2026 09:42
114

Hörmüz boğazında 4 tanker minaya düşdü – Daha 2 gəmi saxlanıldı

Hörmüz boğazı yaxınlığında dəniz minalarına düşən dörd tanker zədələnib, daha iki gəmi saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə İranın “Mehr” xəbər agentliyi İslam İnqilabı Keşikçiləri Korpusuna istinadla məlumat yayıb.

Bildirilib ki, gəmilər Hörmüz boğazının cənubunda keçid üçün qadağan olunmuş ərazidən hərəkət etməyə cəhd göstərərkən minalara düşüb. İİKK-nın açıqlamasına görə, tankerlərdə yanğın baş verib, daha iki gəminin hərəkəti dayandırılıb.