31 may 2026 21:12
93

Gürcüstan 2025-ci ildə Rusiyadan 206,4 milyon dollar dəyərində təbii qaz alıb

Rusiyanın “Qazprom” şirkəti Gürcüstana satdığı təbii qazın həcmini artırıb.

“İki sahil” xəbər verir ki, 2025-ci ildə Rusiya ilə Gürcüstan arasında təbii qazın alışının həcminin artırılması istiqamətində danışıqlar davam edib.

Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, 2025-ci ildə Gürcüstan Rusiyadan 206,4 milyon dollar dəyərində təbii qaz satıb. Bu da 2024-cü illə müqayisədə 14 faiz çoxdur.

Bildirilir ki, 2026-2027-ci illər ərzində Rusiyadan Gürcüstan ərazisindən keçərək Ermənistana gedən qaz xəttində əsaslı təmir işlərinin aparılmasına dair “Qazprom”la Gürcüstanın milli kompaniyası arasında müqavilə imzalanıb.

Qeyd edək ki, Rusiyadan Ermənistana satılan qazın tranziti ilə əlaqədar Gürcüstan Rusiyadan nağd pul deyil, “mavi yanacaq” alır.

Gürcüstanın əsas təbii qaz tədarükçüsü isə Azərbaycandır.