31 may 2026 11:10
111

Tüfəng ilə ilanı öldürmək istədi, beş nəfəri yaraladı

Türkiyədə kişi evinə girən ilanı öldürmək istəyərkən beş nəfəri yaralayıb.

“İki sahil” yerli mətbuata istinadla xəbər verir ki, hadisə 30 may tarixində Türkiyənin Şanlıurfa əyalətinin Siverek rayonunda baş verib.

Belə ki, 56 yaşlı kişi evinin kanalizasiyasına ilişib qalmış ilana ov tüfəngindən atəş açıb.

Səkdirmə güllələri üçü uşaq olmaqla, beş nəfəri yaralayıb. Polis və təcili yardım işçiləri dərhal hadisə yerinə gəlib və bütün yaralılar Siverek Dövlət Xəstəxanasına aparılıb. Həkimlər onların vəziyyətinin qənaətbəxş hesab edib.

Jandarma əməkdaşları hadisə yerinə baxış keçirib və araşdırma başlayıb. İlanın taleyi məlum deyil.