29 may 2026 23:12
93

Qazaxıstan İranın zənginləşdirilmiş uran ehtiyatlarını qəbul etməyə hazırdır

Vaşinqton və Tehran razılığa gəlsə, Qazaxıstan İranın, demək olar, silah dərəcəsinə qədər zənginləşdirilmiş uran ehtiyatlarını qəbul etməyə hazırdır.

“İki sahil” xəbər verir ki,  bunu "Financial Times" qəzetinə müsahibəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bəyan edib.

Onun sözlərinə görə, Qazaxıstan lideri Kasım-Jomart Tokayev buna razılığını bu həftə Astanada baş tutan görüş zamanı verib.

"BAEA-nın Qazaxıstanda az zənginləşdirilmiş uran bankı olduğu üçün bizim onu təhlükəsiz şəkildə saxlaya biləcəyimiz yerimiz var", - Qrossi bildirib. Onun fikrincə, bu həm ABŞ, həm də İran üçün qəbuledilən ola bilər.

Bununla belə, baş direktor əlavə edib ki, məsələnin həlli yalnız nüvə danışıqlarından asılı olacaq.