Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Səid İsmayılov saxlanılıb.
“İki sahil” Daxili İşlər Nazirliyindən verilən məlumata istinadla bildirir ki, ondan 2 kiloqram marixuana və 1 kiloqram 175 qram həşiş aşkarlanıb. Saxlanılan şəxs ifadəsində İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Tərtər rayonunda satışını təşkil etmək məqsədi ilə əldə etdiyini bildirib.
Faktla baǧlı cinayət işi başlanılıb, S.İsmayılov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakıda yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatının rəsmi açılış mərasimi keçirilib
Baş redaktorun oğlu və gəlini dul qadını aldatdılar: Elvin Məhərrəmov həbs edildi