28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə Belarus Milli Kitabxanasının binasında xüsusi video proyeksiya nümayiş olunub.
“İki sahil” xəbər verir ki, Minsk şəhərinin simvollarından biri hesab olunan kitabxananın üzərində Azərbaycan bayrağı və müstəqillik rəmzləri əks etdirilib. Layihə Belarusdakı Azərbaycan Ticarət Evinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilib. Video proyeksiya şəhər sakinləri və paytaxt qonaqları tərəfindən böyük maraqla qarşılanıb.
Təşəbbüs Azərbaycan-Belarus dostluq münasibətlərinin, eləcə də ölkəmizin tarixi və milli dəyərlərinin beynəlxalq müstəvidə tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Sabah Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - OXUYUN XƏBƏRİNİZ OLSUN!
"Yoldaşım məsələni böyütmədən uşağı bağçadan çıxarmağı təklif etdi" - Bağçadakı qalmaqalın detalları