Azərbaycan bu gün beynəlxalq aləmdə güclü, nüfuzlu və etibarlı tərəfdaş kimi tanınır.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "X"dəki hesabında yazıb.
"Bu gün Azərbaycan xalqının şanlı tarixində mühüm yer tutan 28 May – Müstəqillik Gününü qürurla qeyd edirik. Müstəqilliyimizin qorunması və daha da möhkəmləndirilməsi naminə göstərilən səylər nəticəsində Azərbaycan bu gün beynəlxalq aləmdə güclü, nüfuzlu və etibarlı tərəfdaş kimi tanınır. Bu əlamətdar gün münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edir, ölkəmizə davamlı inkişaf, xalqımıza firavanlıq, əmin-amanlıq və yeni-yeni uğurlar arzulayıram.
28 May – Müstəqillik Günümüz mübarək!", - C.Bayramov qeyd edib.
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır
Azərbaycanın Malayziyadakı səfirliyində Anım Günü ilə əlaqədar tədbir keçirilib
İranda “Vətənə bağışlanan ömür. Tarix yazan şəhidlər” adlı anım tədbiri keçirilib