Azərbaycan və Bolqarıstan arasında ticarət-iqtisadi və qarşılıqlı sərmayə əməkdaşlığının daha da genişləndirilməsi üçün böyük potensial var.
“İki sahil” xəbər verir ki, bunu Bolqarıstanın Baş nazirinin müavini Aleksandr Pulev Sofiyada Azərbaycanın Müstəqillik Günü münasibətilə təşkil edilmiş rəsmi qəbulda deyib.
Azərbaycan xalqını bu əlamətdar gün münasibətilə təbrik edən Aleksandr Pulev Azərbaycanın Bolqarıstanın etibarlı strateji tərəfdaşı olduğunu vurğulayıb.
Baş nazirin müavini ölkəsinin enerji mənbələrinin şaxələndirilməsinə və regional enerji təhlükəsizliyinə Azərbaycanın töhfəsini yüksək qiymətləndirib, həmçinin Trans-Xəzər nəqliyyat dəhlizinin və Avropa ilə Asiyanı birləşdirən rəqəmsal bağlantı təşəbbüslərinin strateji əhəmiyyətini xüsusi olaraq qeyd edib.
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır
Azərbaycanın Malayziyadakı səfirliyində Anım Günü ilə əlaqədar tədbir keçirilib
İranda “Vətənə bağışlanan ömür. Tarix yazan şəhidlər” adlı anım tədbiri keçirilib