Azərbaycan Qırğızıstanla sıx tərəfdaşlığın dərinləşdirilməsinə, regional inkişaf və əməkdaşlıq üzrə ortaq məqsədlərimizin irəlilədilməsinə sadiq olaraq qalır.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Nyu-Yorka səfəri çərçivəsində qırğızıstanlı həmkarı Jeenbek Kulubayev ilə görüşündə qeyd olunub.
"Nazirlər Azərbaycan-Qırğızıstan gündəliyinin əsas aspektləri, o cümlədən ən yüksək səviyyədə əldə edilmiş razılaşmaların icrası, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, həmçinin regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi aparıblar", - Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında edilən paylaşımda bildirilib.
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır
Azərbaycanın Malayziyadakı səfirliyində Anım Günü ilə əlaqədar tədbir keçirilib
İranda “Vətənə bağışlanan ömür. Tarix yazan şəhidlər” adlı anım tədbiri keçirilib