Naxçıvan Dövlət Universitetinin (NDU) Tarix-filologiya fakültəsinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix elmləri doktoru, professor Sevinc Abbasova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Həqiqi (Akademik) üzvü seçilmişdir.
“İki sahil” xəbər verir ki, Akademiyanın Böyük Elmi Şurasının qərarı ilə azərbaycanlı alim Türk Dünyası elminə, təhsilinə və dövlətçiliyinə göstərdiyi böyük xidmətlərə görə bu ali ada layiq görülüb.
Eyni zamanda, professor Sevinc Abbasova akademiyanın Beynəlxalq Qızıl Ulduz medalı ilə təltif olunub.