Finlandiya hakimiyyəti Rusiya vətəndaşlarının ölkəyə girişini məhdudlaşdırmaq üçün əlavə tədbirlər hazırlayır.
“İki sahil” xəbər verir ki, bu barədə Baş nazir Petteri Orpo "MTV Uutiset" telekanalına müsahibəsində bəyan edib.
"Xarici İşlər Nazirliyi rusiyalıların ölkəyə girişini məhdudlaşdırmaq üçün əlavə tədbirlər hazırlayır. İndi biz bu tədbirləri mümkün qədər qısa müddətdə hazırlayırıq. Biz əvvəlki kimi Avropa İttifaqına təsir göstərməyə çalışırıq ki, bu qərar ümumavropa səviyyəsində qəbul edilsin", — deyə Orpo bildirib.
Finlandiyanın Baş naziri xatırladıb ki, RF vətəndaşlarına turist vizalarının verilməsinə dair məhdudiyyətlər Ukrayna münaqişəsi başlayandan tətbiq edilməyə başlayıb. Onun sözlərinə görə, bu, xüsusən rusiyalı peşəkar idmançıların ölkəyə girişinə qadağa koymaq məqsədilə edilir.
Finlandiyanın xarici işlər naziri Elina Valtonen "X" sosial şəbəkəsində yazaraq bildirib ki, idarə təcili qaydada rusiyalıların ölkəyə girişinə dair hökumətin qətnaməsinə dəyişikliklər edilməsi haqqında təklif hazırlayır.