25 may 2026 16:40
102

Azərbaycanlı alimin kitabı Almaniyada birinci oldu - FOTO

Azərbaycanlı alimin monoqrafiyası Almaniyada "Ayın ən yaxşı kitabı" seçilib

Naxçıvan Dövlət Universitetinin (NDU) Tarix-filologiya fakültəsinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix elmləri doktoru Sevinc Abbasovanın elmi fəaliyyəti növbəti beynəlxalq uğura imza atıb.

Alimin Almaniyanın nüfuzlu “Stella Verlag” nəşriyyatında işıq üzü görən “İlham Əliyev: Qadınlara istiqamətli qlobal təşəbbüslər və gender bərabərliyinin inkişafı (2003-2023)” adlı monoqrafiyası xarici oxucular və ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Belə ki, sözügedən fundamental tədqiqat əsəri Almaniyada ən yaxşı kitabların aylıq reytinqində (Monthly rating of the best books) birinci yerə layiq görülüb və xüsusi diplomla təltif edilib.

Qeyd edək ki, bu monoqrafiya Azərbaycan dövlətinin gender siyasətinin və qlobal miqyaslı humanitar təşəbbüslərinin beynəlxalq elmi müstəvidə tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.