Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycan və Türkiyə səfirliklərinin Təhsil Müşavirliklərinin nümayəndələri arasında görüş keçirilib.
“İki sahil” xəbər verir ki, Türkiyə səfirliyində baş tutan görüş çərçivəsində Türkiyə və Azərbaycan arasında ortaq dil, mədəniyyət və tarixi dəyərlər üzərində qurulan əməkdaşlıq imkanları müzakirə olunub.
Görüş zamanı qarşılıqlı mədəni əlaqələrin inkişafı, birgə layihələrin həyata keçirilməsi və gələcək əməkdaşlıq istiqamətində atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb.
Bakı forum qlobal həmrəyliyin müzakirə olunduğu mühüm beynəlxalq platforma kimi tarixə düşdü - AÇIQLAMA
Prezident İlham Əliyev: WUF13 Azərbaycanın çoxtərəfliliyə və daha yaxşı gələcək naminə kollektiv fəaliyyətə verdiyi daha bir mühüm töhfədir