21 may 2026 21:13
118

Əli Əsədov Türkmənistanda işgüzar səfərdədir

Azərbaycanın Baş naziri Əli Əsədov Türkmənistanda işgüzar səfərdədir.

“İki sahil” xəbər verir ki, səfərin məqsədi Aşqabadda keçiriləcək Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının növbəti iclasında iştirak etməkdir.

Aşqabad Beynəlxalq Hava Limanında Əli Əsədovu Azərbaycanın Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlov, eləcə də Türkmənistanın maliyyə və iqtisadiyyat naziri Məmmədqulu Astanaqulov qarşılayıblar.