Azərbaycan və Ukrayna arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Ukraynanın Baş nazirinin yenidənqurma işləri üzrə müavini, icmalar və ərazilərin inkişafı naziri Oleksiy Kulebanı ölkəmizdə qarşılamaqdan məmnun olduq. İqtisadi əməkdaşlığın prioritet istiqamətlərini, Orta Dəhlizin strateji üstünlüklərini və regional bağlantıların gücləndirilməsində rolunu qeyd etdik. Birgə fəaliyyətin sənaye, energetika və infrastruktur sahələrində genişləndirilməsi və SOCAR-la işbirliyinin perspektivləri barədə müzakirələrimiz oldu", - deyə o qeyd edib.
Məcnun Məmmədov FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu ilə görüşüb
“AzerGold”un sədri: Filizçay layihəsinin 2031-2032-ci illərdə reallaşdırılması gözlənilir
Baş nazir: Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Toxumçuluqda yeni dövr: yerli toxum, etibarlı təminat mövzusunda konfrans keçirilib