18 may 2026 17:04
124

Murat Kurum: Azərbaycanla münasibətlərimizi daha da gücləndirmək əzmindəyik

Bu gün dost və qardaş Azərbaycanda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edirik. “İki dövlət, bir millət” şüarı ilə Azərbaycan və Türkiyə liderlərinin formalaşdırdığı qardaşlıq münasibətləri iki türk xalqının gələcəyi naminə daha da möhkəmlənir. Türkiyə-Azərbaycan dostluğun daha da gücləndirilməsi istiqamətində biz də aidiyyəti şəxslərlə birlikdə fəaliyyət göstəririk.

Bunu “İki sahil”ə açıqlamasında COP31-in sədri və Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində Azərbaycan Energetika Nazirliyi ilə Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi arasında “Binalarda enerji səmərəliliyi üzrə texniki əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun imzalandığını diqqətə çatdıran Murat Kurum Azərbaycan və Türkiyə prezidentlərinin ortaya qoyduğu güclü dostluq iradəsinin iki ölkənin daha sıx əməkdaşlığına imkan yaratdığını qeyd edib.

“Azərbaycanla münasibətlərimizi daha da gücləndirmək əzmindəyik. Məqsədimiz bölgəmizdə güclü iki dövlət olaraq əməkdaşlığımızı inkişaf etdirmək və dünyada sülhə töhfə verməkdir”,- deyə o söyləyib.

Yaqut Ağaşahqızı, “İki sahil”