12-14 may 2026-cı il tarixlərində Azərbaycan nümayəndə heyəti Maltada keçirilmiş BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında iştirak edib.
“İki sahil” xəbər verir ki, iclasda davamlı və dayanıqlı turizmin təşviqi məqsədilə 2027-ci ilin “Beynəlxalq Dayanıqlı Turizm İli” elan olunması ilə bağlı fikir mübadiləsi aparılıb.
İclas çərçivəsində BMT-Turizmin Baş katibi xanım Şeyxa Nasir Əl Nuvais tərəfindən “Qlobal baxış və regional yanaşma” mövzusunda hesabat təqdim olunub və Monteneqronun 2027-ci ildə BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının növbəti 73-cü iclasına ev sahibliyi etməsi haqqında qərar qəbul edilib.
Tədbir çərçivəsində, həmçinin “Arzuladığımız Gələcəyə Doğru Turizmin İnkişafı: İnkişaf, İnsan və Planet Arasında Balansın Qurulmasına dair Siyasətlər üzrə Dialoq” adlı tematik konfrans təşkil edilib, turizmdə dayanıqlı inkişaf, yerli icmaların rifahı və ekoloji tarazlığın qorunması istiqamətində dövlət siyasətlərinin rolu müzakirə olunub.
Məcnun Məmmədov FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu ilə görüşüb
“AzerGold”un sədri: Filizçay layihəsinin 2031-2032-ci illərdə reallaşdırılması gözlənilir
Baş nazir: Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır
Toxumçuluqda yeni dövr: yerli toxum, etibarlı təminat mövzusunda konfrans keçirilib