"OpenAI" şirkətinin çatbotu "ChatGPT"nin işində nasazlıqlar yaranıb.
“İki sahil” Downdetector.ru saytına istinadən xəbər verir ki, mindən çox istifadəçi çatbotla bağlı problemlər barədə məlumat verib.
İnsanlar şəxsi hesablarına daxil olmaqda problemlərdən, veb saytların sıradan çıxmasından və "ChatGPT"nin sorğulara cavab verməsinin uzun müddət çəkməsindən şikayətləniblər. Ən çox şikayət Niderlanddan (6%), ABŞ-dən (5%) və Almaniyadan (4%) daxil olub.
Qeyd edək ki, "ChatGPT"də sonuncu dəfə nasazlıqlar 2025-ci ilin dekabrında baş verib.
FHN Sumqayıtda əlilliyi olan şəxslərə xidmət göstərənlər üçün maarifləndirmə tədbiri keçirib
“Uşaq Hüquqları Aylığı” çərçivəsində Sumqayıt Musiqi Kollecində maarifləndirmə tədbiri keçirilib
Kənd Təsərrüfatı Nazirliyi: Fermerlərə 2025-ci il üzrə pambıq subsidiyaları tam ödənilib