13 noyabr 2026 11:48
120

FHN Sumqayıtda əlilliyi olan şəxslərə xidmət göstərənlər üçün maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt Paralimpiya İdman Kompleksində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirin keçirilməsində məqsəd əlilliyi olan şəxslərin fövqəladə hallar zamanı mühafizə və təxliyəsinin təşkili, onlara qulluq edən şəxslərə yanğın və digər təhlükələrlə bağlı zəruri davranış qaydalarının aşılanması olub.

Tədbirdə FHN-in Sumqayıt Regional Mərkəzinin və Sumqayıt Paralimpiya İdman Kompleksininəməkdaşları iştirak ediblər.

Tədbirdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ zamanı əlilliyi olan şəxslərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.