13 noyabr 2026 10:26
143

YAP Bərdə rayon təşkilatında yubiley yaşı tamam olan üzvlərlə görüş keçirilib.

YAP Bərdə rayon təşkilatı  12 noyabr - Konstitusiya Günü münasibətilə şəhid anası, mədəniyyət və səhiyyə sahələri üzrə  yubiley yaşı tamam olan  üzvlərlə görüş keçirilib. 

Görüşdə YAP Bərdə  rayon təşkilatının sədri Faqət Şadlinskaya  görüşdə bildirib ki, dövlət müstəqilliyimizin  bərpasından sonra qəbul olunan ilk  milli Konstitusiyamızın qəbul edilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Əsas Qanunun qəbul ediməsi Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz üçün ən mühüm töhfəsidir.  Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan  azad edilməsindən və suverenliyimizin bərpasından sonra əsl müstəqilliyinə qovuşan  dövlətimizin hər yerində  Konstitusiyamızın tətbiqi mühüm əhəmiyyətə malikdir.  Əsas Qanun xalqımızın firavanlığının təmin olunmasına və vətəndaş məmnunluğuna xidmət edir. Vətəndaşlarla birbaşa ünsiyyətdə olan idarə, müəssisə və  təşkilatlarda çalışanların layiqli xidməti mahiyyət etibarı ilə nəticədə dövlət və xalq birliyini möhkəmləndirir. 

Sonra Təşkilatın sədri Faqət Şadlinskaya 55 və 70 yaşları tamam olan  YAP üzvləri - igid şəhid Səid Ədilovun  anası Əzizə Ədilovanı, uzun müddət mədəniyyət və səhiyyə sahəsində ləyaqətlə çalışmış  Leyla Abuzərova və həkim Arif Qasımovu YAP Mərkəzi Aparatının tövsiyəsinə uyğun olaraq təbrik edib, onların fəaliyyətini və  öz iş yerlərində daim ləyaqətlə çalışmaqlarını xüsusi qeyd edərək qiymətləndirib.

Görüşdə yubilyar üzvlər  Müzəffər Lider, ölkə Prezidenti  cənab İlham Əliyevin rəhbərliyi altında əldə olunan Zəfərlər, Qələbələr, müstəqilliyimizin möhkəmləndirilməsi yolunda aparılan uğurlu siyasətdən danışıblar. Onlar belə bir önəmli gündə təşkilat tərəfindən mükafatlandırıldıqları üçün Zəfərlər Partiyası olan Yeni Azərbaycan  Partiyasına minnətdarlıqlarını ifadə ediblər.

Daha sonra YAP rayon təşkilatının sədri Faqət Şadlinskaya Ulu öndər Heydər Əliyevin büstü önündə yubilyarlara Fəxri Fərman və mükafatlar təqdim edib.

Sonda yubilyarlarla xatirə şəkli çəkdirilib.