Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Ərəbuşağı kəndi ərazisində qeydə alınıb.
“İki sahil” xəbər verir ki, Zaman Piriyev idarə etdiyi “VAZ-2106” markalı avtomobil ilə yolu keçən piyada, 69 yaşlı Mirzağa Məmmədovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.