Azərbaycan Respublikası Milli Məclisinin deputatı Anar Məmmədov Tərtər rayonunun Kəngərli kəndində şəhid Abbaszadə Emin Faiq oğlunun ailəsini ziyarət edib.
“İki sahil” xəbər verir ki, görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayonun baş axundu və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Ziyarət zamanı şəhid Emin Abbaszadənin əziz xatirəsi ehtiramla yad olunub, onun Vətən müharibəsi zamanı göstərdiyi şücaət və qəhrəmanlıq yolundan bəhs edilib. Milli Məclisin deputatı Anar Məmmədov qeyd edib ki, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ailələrinə diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Deputat şəhid ailəsinin gündəlik qayğıları ilə yaxından maraqlanıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.