03 aprel 2026 23:48
94

Bir sıra marşrut avtobuslarının hərəkətində ləngimələr yarana biləcəyi barədə xəbərdarlıq edilib

Zabrat-Maştağa yolunda aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bir sıra marşrut avtobuslarının hərəkətində ləngimələr yarana bilər.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Qeyd olunub ki, ləngimələrin 40, 55, 54, 105, 107, 107A,131, 139, 148, 163, 166, 172, 185, 186, 189, 197, 198, 216, 217, 118A, 118B, 173A, 173B, M8 nömrəli avtobusların hərəkətində yarana bilmə ehtimalı var.

Bildirilib ki, sərnişinlərdən səfərlərini planlayan zaman bunu nəzərə almaları xahiş olunur.