16 noyabr 2026 16:38
60

537 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilib

Novxanı-Pirşağı yolunun (Sahil küçəsi) müəyyən hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

“İki sahil” xəbər verir ki,  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, məhdudiyyətlə əlaqədar 537 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkəti müvəqqəti olaraq 52-ci Bağlar, 13-cü Bağlar və 18-ci Bağlar küçələri istiqamətində təşkil olunub.

Təmir işləri başa çatanadək marşrut üzrə avtobuslar qeyd olunan alternativ hərəkət sxemi ilə xidmət göstərəcək.