17 noyabr 2026 00:50
143

Şabranda yük maşını minik avtomobili ilə toqquşub, iki nəfər xəsarət alıb

Noyabrın 16-sı gecə saatlarında Şabran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Gəndob-Yalama avtomobil yolunun Gəndob kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Ağır tonnajlı yük maşını “VAZ-2106” markalı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən minik avtomobili yoldan çıxaraq dərəyə aşıb.

Qəza nəticəsində avtomobildə olan Gəndob kənd sakinləri Famil və İlqar adlı şəxslər xəsarət alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

AZƏRTAC